AİB Azərbaycanın “Qırmızı körpü” məntəqəsinin fəaliyyətini yüksək qiymətləndirib

İqtisadiyyat

Bakı. Trend:

Sərhədlərarası ticarət və nəqliyyat əlaqəliliyi indeksinin
(CBTTFI) son təhlilinə əsasən, Azərbaycanın sərhədində yerləşən
“Qırmızı körpü” buraxılış məntəqəsi yüksək səmərəlilik nümayiş
etdirib.

Trend xəbər verir
ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) yeni hesabatında
deyilir.

Ümumi bal 71 faiz təşkil edib ki, bu da regionda təhlil edilən
altı sərhəd-keçid məntəqəsi arasında ən yaxşı nəticələrdən
biridir.




Azərbaycan məntəqəsinin ən üstün cəhətləri aşağıdakı
kateqoriyalarda qeydə alınıb:

  • gömrük prosedurları və rəsmiyyətləri — 79 faiz;
  • gömrük orqanları arasında əlaqələndirmə — 77 faiz;
  • tranzit infrastrukturunun dəstəklənməsi — 64 faiz.

Təhlil çərçivəsində, həmçinin, Gürcüstan, Özbəkistan, Pakistan
və Türkmənistanda yerləşən məntəqələr də araşdırılıb. Ən yüksək
ümumi balı Özbəkistanda yerləşən “Yallama” məntəqəsi toplayıb — 77
faiz, Pakistanın “Torkham” məntəqəsi isə gömrük əlaqələndirməsi (88
faiz) və tranzit dəstəyi (82 faiz) üzrə lider olub.
Türkmənistandakı məntəqələr isə nəqliyyat tənzimlənməsi sahəsində
ən yüksək — 100 faiz göstəriciyə sahibdir.