Əli Əsədov İrakli Kobaxidze ilə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığını müzakirə edib (FOTO)

İqtisadiyyat

Bakı. Trend:

Türkmənbaşı şəhərində işgüzar səfərdə olan Azərbaycan
Respublikasının Baş naziri Əli Əsədov avqustun 5-də Gürcüstanın Baş
nazirİ İrakli Kobaxidze ilə görüşüb.

Nazirlər Kabinetindən Trend-ə bildirilib ki, Ə.Əsədov Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Gürcüstanın
Baş nazirinə çatdırıb.




İrakli Kobaxidze Prezident İlham Əliyevin salamlarına görə
minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət
başçısına çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının müxtəlif
sahələrdə yüksək səviyyəsindən məmnunluq ifadə olunub, qarşılıqlı
faydalı əməkdaşlığın ticarət-iqtisadi, investisiya,
nəqliyyat-tranzit, energetika, humanitar və digər istiqamətlərdə
genişləndirilməsi ilə bağlı məsələlər nəzərdən keçirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir