
Bakı. Trend:
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində
olan sənaye parklarında fəaliyyət göstərən sahibkarlara ümumilikdə
1746 ədəd, cari ilin 6 ayında isə 144 ədəd təsdiqedici sənəd
verilib.
Bu barədə Trend
İZİA-ya istinadən xəbər verir.
Məlumata əsasən, bu sənədlər əsasında rezidentlər sənaye
parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri
nəticəsində ümumilikdə 520 milyon manatdan çox, 2025-ci ilin I
yarısında isə 14 milyon manatdan artıq şəxsi vəsaitlərinə qənaət
ediblər.
Qeyd edək ki, sənaye parklarının rezidentləri qeydiyyata
alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir
vergilərindən, həmçinin, istehsal məqsədilə texnikanın, texnoloji
avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük
rüsumlarından tam azad olunurlar.