SOCAR-ın nəzdində yeni şirkətlər təsis edildi

İqtisadiyyat

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycan
Dövlət Neft Şirkətinin (SOCAR) nəzdində iki şirkəti – “SOCAR Zone
I” və “SOCAR BTBK”nı dövlət qeydiyyatına alıb.

Trend xəbər
verir ki, hər iki şirkətin təşkilati-hüquqi forması məhdud
məsuliyyətli cəmiyyətdir (MMC).




Hər iki şirkət SOCAR-ın baş ofisinin yerləşdiyi Bakı şəhəri,
Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 121 ünvanında hər
biri min manat sərmayə ilə təsis edilib.

“SOCAR Zone I”in qanuni təmsilçisi Bəxtiyev Rəşad Zahir oğlu,
“SOCAR BTBK” MMC-nin isə qanuni təmsilçisi İbadov Fərhad İbad
oğludur.