Azərbaycan və ABŞ arasında iqtisadi-ticari əlaqələr müzakirə edilib

İqtisadiyyat

Bakı. Trend:

Azərbaycan və ABŞ arasında iqtisadi əməkdaşlıq imkanları
müzakirə edilib.

Trend xəbər
verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl
Cabbarov “X” hesabında paylaşım edib.




“Azərbaycan və ABŞ arasında iqtisadi-ticarət, enerji,
investisiya, nəqliyyat-tranzit, sənaye və digər sahələrdə
əməkdaşlığın inkişafı üçün böyük perspektivlər var.

ABŞ-nin Azərbaycan Respublikasındakı Səfirliyinin müvəqqəti
işlər vəkili xanım Emi Karlonla görüşümüzdə bu potensialın birgə
təşəbbüslərlə reallaşdırılması imkanlarını nəzərdən keçirdik,
qarşılıqlı maraqlar çərçivəsində həyata keçirilən layihələrin
regionun inkişafı üçün önəmini vurğuladıq”, – deyə paylaşımda qeyd
edilib.