Sənaye zonalarının qeyri-neft sənayesi məhsullarının istehsalında və ixracında xüsusi çəkisi artıb

İqtisadiyyat

Bakı. Trend:

Son dövrlərdə Azərbaycanda sənayeləşmə siyasətinə uyğun olaraq
yaradılan sənaye zonalarının qeyri-neft sənayesi məhsullarının
istehsalında və ixracında xüsusi çəkisi artmaqda davam edir.

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı
Agentliyindən (İZİA) Trend-ə verilən məlumata görə, 2025-ci ilin I
yarısında 1,83 milyard manatlıq məhsul istehsalı ilə sənaye
zonalarının qeyri-neft sənayesi məhsullarının istehsalında xüsusi
çəkisi 18,7%, qeyri-neft sənayesi məhsullarının ixracında isə 28,3%
(583,5 milyon manat) olub.




Bildirilib ki, hazırda ölkədə 13 sənaye zonası mövcuddur.

Qeyd edilib ki, sənaye zonalarında investisiya portfeli 8
milyard manatdan çox olan 160 sahibkarlıq subyekti rezident, 12
sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib.