Azərbaycan BƏƏ ilə birlikdə süni intellekt sahəsində birgə tədqiqat və inkişaf mərkəzinin yaradılmasını nəzərdən keçirir

İqtisadiyyat

Bakı. Trend:

Azərbaycan BƏƏ ilə birlikdə süni intellekt sahəsində birgə
tədqiqat və inkişaf mərkəzinin yaradılmasını nəzərdən keçirir.

Trend xəbər
verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat
naziri Rəşad Nəbiyev “X” hesabında paylaşım edib.




“Əbu-Dabidə BƏƏ-nin sənaye və ən yeni texnologiyalar naziri
Sultan Əhməd Əl-Caberlə görüş keçirdik. Görüşdə süni intellekt,
kibertəhlükəsizlik, rəqəmsallaşma sahəsində əməkdaşlığın
genişləndirilməsi, kadr potensialının artırılması, təlim, mübadilə
və təqaüd proqramlarının təşkili məsələlərini müzakirə etdik.

Həmçinin süni intellekt sahəsində birgə tədqiqat və inkişaf
mərkəzinin yaradılması, müştərək investisiya imkanlarının
araşdırılması, həmçinin birgə risk kapitalı fondunun təşkil
edilməsi barədə fikir mübadiləsi apardıq”, – deyə paylaşımda qeyd
edilib.