Azərbaycanda polad tökmə və armatur üzrə istehsal həcmi açıqlanıb

İqtisadiyyat

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 145,6 min ton polad
tökmə istehsal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə
edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə
müqayisədə 39,6 min ton və ya 21,4% azdır.

Bu ilin iyulun 1-nə ölkədə hazır məhsul ehtiyatı 8,1 min ton
təşkil edib.




Eyni zamanda, 2025-ci ilin ilk 6 ayında Azərbaycanda 172,7 min
ton armatur istehsal edilib ki, bu da illik müqayisədə 22,3 min ton
və ya 11,4% azalma deməkdir.

Cari ilin iyulun 1-nə ölkədə hazır məhsul ehtiyatı 35,5 min ton
təşkil edib.

Qeyd edək ki, Azərbaycanda metallurgiya sənayesi və hazır metal
məmulatlarının istehsalı sahələrində 2025-сi ilin yanvar-iyun
aylarında 594,7 milyon manatlıq məhsul istehsal olunub, əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə hazır metal məmulatlarının
istehsalı sahəsində 3,6%, metallurgiya sənayesi məhsullarının
istehsalında isə 12,4% azalma müşahidə olunub.