AMB-də fintex subyektlərinin Ani Ödənişlər Sisteminə inteqrasiyası müzakirə edilib

İqtisadiyyat

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankında (AMB) 2025-ci ilin ilk yarımili üzrə
fintex ekosistemində müşahidə olunan əsas trendlər və inkişaf
prioritetləri ətraflı müzakirə olunub.

Bu barədə Trend
AMB-yə istinadən xəbər verir.

Belə ki, Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov Azərbaycan
Fintex Assosiasiyasının nümayəndələri ilə növbəti görüş keçirib.
Görüş zamanı 2025-ci ilin ilk yarımili üzrə fintex ekosistemində
müşahidə olunan əsas trendlər və inkişaf prioritetləri ətraflı
müzakirə olunub.




Bununla yanaşı, Ani Ödənişlər Sisteminin əhatə dairəsinin
genişləndirilməsi və fintex subyektlərinin bu sistem vasitəsilə
innovativ həllərə çıxış imkanlarının artırılması, eləcə də,
elektron pul və ödəniş təşkilatlarının fəaliyyətlərinin ƏL/TMM və
informasiya təhlükəsizliyi üzrə qanunvericilik tələblərinə tam
uyğunluğunun təmin edilməsi və komplayens risklərinin effektiv
idarə olunması məsələləri görüş iştirakçılarının diqqətinə
çatdırılıb.

Görüşdə, həmçinin, xüsusi tənzimləmə rejiminin
təkmilləşdirilməsi və tətbiq imkanları, açıq bankçılıq sahəsində
aparılan işlər, virtual aktivlər və onların təminatçılarının
fəaliyyətini tənzimləyən qanun layihəsinin hazırlanmasına dair
fikir mübadiləsi aparılıb.