
Bakı. Trned:
Bu ilin avqustun 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin
sayı ilin əvvəli ilə müqayisədə 2,1 faiz artaraq 823,9 min nəfər
təşkil edib.
Bu barədə Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi
Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı
5,8 faiz artaraq 55,8 min, aktiv təsərrüfat subyektlərinin
(obyektlərinin) sayı isə 4,3 faiz artaraq 226,8 min olub.
Qeyd edilib ki, həmin tarixə uçotda olan yeni nəsil
nəzarət-kassa aparatlarının sayı 111,8 min, qeydiyyatda olan
POS-terminalların sayı 140,7 min təşkil edib.