
Bakı. Trend:
Balakən şəhərinin su təchizatı yenidən qurulacaq.
Trend-in
məlumatına görə, görüləcək işlər çərçivəsində şəhərin kanalizasiya
sisteminin də yenidən qurulması işləri aparılacaq.
Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA)
tabeliyində Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti bununla bağlı
müvafiq işlərə start verib.
Qurum hazırda sözügedən işləri icra edəcək şirkəti
müəyyənləşdirmək mərhələsindədir.
Dövlət xidməti görüləcək işlərin 30,9 milyon manata başa
gələcəyini proqnozlaşdırıb.