
Bakı. Trend:
Azərbaycanda yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş
ƏDV-nin həcmi məlum olub.
Trend
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən
xəbər verir ki, ölkədə sözügedən sahələr üzrə ödənilmiş ƏDV-nin
17,7 milyon manatı vətəndaşlara qaytarılıb.
“Azərbaycan Respublikası ərazisində bina tikintisi ilə məşğul
olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış
sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan
istehlakçılara qaytarılması ilə bağlı layihə uğurla davam
etdirilir. 2025-cü ilin yanvar – iyul aylarında yaşayış və
qeyri-yaşayış sahələrinin alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil
banklar tərəfindən qaytarılan həcmi 17 milyon 693,3 min manatdan
çox təşkil edib”, – məlumatda qeyd edilib.

