
Bakı. Trend:
Bu ilin ilk yeddi ayında Dövlət Neft Fondundan (ARDNF) büdcəyə
transfert tam icra edilib.
Trend bu
barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Belə ki, hesabat dövründə Dövlət Neft Fondundan transfert 8,4
milyard manat təşkil edərək proqnoza qarşı 100,0 faiz icra
edilib.
Qeyd edək ki, 2025-ci il üzrə ARDNF büdcəyə 14,5 milyard manat
vəsait köçürməlidir.