Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları azalıb

İqtisadiyyat

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Dövlət Gömrük Komitəsi (DGK) üzrə
daxilolmalar 3,6 milyard manat təşkil edib.

Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.




Məlumata görə, bu göstərici proqnozdan 102,8 milyon manat və ya
2,8 faiz az icra edilib.

Eyni zamanda dövlət büdcəsindən maliyyələşən təşkilatların
ödənişli xidmətlərindən daxilolmalar 368,7 milyon manat təşkil
edərək proqnoza qarşı 117,5 milyon manat və ya 24,2 faiz az icra
olunub.