Azərbaycan və Qazaxıstan Orta Dəhlizin inkişafını, logistika dəhlizlərinin rəqəmsallaşdırılmasını müzakirə ediblər

İqtisadiyyat

Bakı. Trend:

Azərbaycan və Qazaxıstan arasında nəqliyyat-logistika sahəsində
əməkdaşlıq məsələləri müzakirə etdilib.

Trend xəbər
verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat
naziri Rəşad Nəbiyev “X” hesabında paylaşım edib.




“Ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Prezidentinin
müşaviri Asel Janasova və “Qazaxıstan Dəmir Yolları” Milli
Şirkətinin İdarə heyətinin sədri Talqat Aldıbergenov ilə görüşdük.
Görüşdə avtomobil nəqliyyatı ilə yükdaşımalar, aviadaşımalar,
gəmiqayırma sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik.

Həmçinin Orta Dəhlizin inkişafı, limanların və logistika
dəhlizlərinin rəqəmsallaşdırılması barədə fikir mübadiləsi
apardıq”, – deyə paylaşımda qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir