Bakı. Trend:
Cari ilin yanvar-iyun ayları ərzində bazar subyektləri
tərəfindən haqsız rəqabətə yol verilməsi ilə əlaqədar Antiinhisar
və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən baxılmış
müraciətlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 2
dəfəyədək artım qeydə alınıb.
Bu barədə Trend agentliyə istinadən xəbər verir.
Belə ki, hesabat dövründə haqsız rəqabətə yol verilməsi ilə
əlaqədar agentliyə 131 müaciət daxil olub ki, bu da ötən ilin eyni
dövründəki göstərici ilə müqayisədə 2 dəfəyə yaxın artım deməkdir.
Ötən ilin yanvar-iyun aylarında bazar subyektləri tərəfindən haqsız
rəqabətə yol verilməsi ilə əlaqədar Antiinhisar və İstehlak
Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən 77 müraciətə
baxılmışdı.
Hesabat dövründə haqsız rəqabətə yol verilməsi ilə əlaqədar
baxılmış müraciətlərin sahələr üzrə bölgüsü aşağıdakı kimi
olub: