
Bakı. Trend:
Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonları ərazilərində
geofiziki anomaliyaların təhlili və faydalı qazıntı təzahürlərinin
qiymətləndirilməsi işləri aparılacaq.
Trend-in
məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
tabeliyindəki Geoloji Kəşfiyyat Agentliyi bununla bağlı müvafiq
işlərə başlayıb.
Məlumata görə, əvvəlcə rayon tanışlıq marşurutları təşkil
ediləcək, daha sonra regionun litoloji, petroqrafik və mineraloji
araşdırmaları aparılacaq. Bunlardan başqa, regionda faydalı
qazıntıların axtarışında perspektivli zonalarının öyrənilməsi,
şırım sınaqlarının götürülməsi (10x5sm), litokimyəvi sınaqlarının
götürülməsi, eləcə də maqnit kəşfiyyatı işləri icra ediləcək.
Agentlik hazırda qeyd olunan işləri icra edəcək şirkət
axtarışındadır.
Eyni zamanda agentlik görüləcək işlərin 199,7 min manata başa
gələcəyini proqnozlaşdırıb.