
Bakı. Trend:
İtaliyanın Augusta limanında Azərbaycanın “Azeri Light” markalı
neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə
0,28 ABŞ dolları və ya 0,40% artaraq, 69,42 dollar/barel təşkil
edib.
Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.
Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri
Light” markalı neftin bir barelinin qiyməti 0,28 dollar və ya 0,41%
bahalaşaraq 67,88 dollar təşkil edib.
URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə
müqayisədə 0,05 dollar və ya 0,09% artaraq, 57,41 dollar/barelə
bərabər olub.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir
barelinin qiyməti əvvəlki göstərici ilə eyni səviyyədə qalaraq
69,48 dollar/barel təşkil edib.
Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin
orta qiyməti 70 ABŞ dollarından hesablanıb.