Azərbaycan Akkreditasiya Mərkəzi Asiya-Sakit Okean Akkreditasiya Əməkdaşlığına tamhüquqlu üzv qəbul olunub

İqtisadiyyat

Bakı. Trend:

Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına
Nəzarət Dövlət Agentliyinin tabeliyindəki Azərbaycan Akkreditasiya
Mərkəzi (AzAK) Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) Asiya-Sakit
Okean Akkreditasiya Əməkdaşlığına ISO/IEC 17025:2017 beynəlxalq
standartı üzrə tamhüquqlu üzv qəbul olunub.

Bu barədə Trend
agentliyə istinadən xəbər verir.

Bildirilib ki, Asiya-Sakit Okean Akkreditasiya Əməkdaşlığına
tamhüquqlu üzvlük Azərbaycanın akkreditasiya sisteminin Asiya-Sakit
Okean regionunda tanınmasına, eləcə də, sınaq və kalibrləmə
nəticələrinin etibarlılığına zəmin yaradacaq.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin
tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK)
Asiya-Sakit Okean Akkreditasiya Əməkdaşlığına (APAC) ISO/IEC
17025:2017 “Sınaq və kalibrlənmə laboratoriyalarının
səlahiyyətliliyinə dair ümumi tələblər” beynəlxalq standartı üzrə
tamhüquqlu üzv qəbul edilib.




Vurğulanıb ki, bu, AzAK tərəfindən akkreditasiya edilmiş sınaq
və kalibrləmə laboratoriyalarının təqdim etdiyi uyğunluq
sənədlərinin (kalibrləmə və sınaq nəticələri və s.) Asiya-Sakit
Okean regionunda tanınmasına imkan yaradacaq, təşkilatın digər
üzvləri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə, eləcə də,
Azərbaycanın qlobal akkreditasiya sistemində daha fəal iştirakına
töhfə verəcək.

“Qeyd olunmalıdır ki, AzAK tərəfindən 2024-cü ilin 30 iyul
tarixində APAC-a tamhüquqlu üzvlük və Qarşılıqlı Tanınma
Razılaşmasının (MRA) imzalanması məqsədilə rəsmi müraciət edilib.
Bu xüsusda AzAK-ın fəaliyyətinin beynəlxalq akkreditasiya
tələblərinə uyğunluğunun qiymətləndirilməsi və inkişaf
perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə APAC nümayəndələri
tərəfindən həmkar qiymətləndirilməsi həyata keçirilib. Aparılan
qiymətləndirmənin müsbət nəticələri əsasında AzAK-ın APAC-a ISO/IEC
17025:2017 beynəlxalq standartı üzrə tamhüquqlu üzv olmaqla bağlı
müraciəti qəbul edilib”, – məlumatda bildirilib.

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il
23 yanvar tarixli 3721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Milli
standartlaşdırma sisteminin beynəlxalq tələblərə
uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət
Proqramı”nın Tədbirlər Planının 8.5.1-ci yarımbəndində milli
akkreditasiya qurumunun ISO/IEC 17011:2017 “Uyğunluğun
qiymətləndirilməsi qurumlarını akkreditasiya edən orqanlara
tələblər” beynəlxalq standartının tələblərinə uyğunlaşdırılması,
müvafiq akkreditasiya üzrə beynəlxalq və regional təşkilatlara
tamhüquqlu üzvlüyünün təmin edilməsi, habelə qarşılıqlı tanınma
razılaşmalarının bağlanılması nəzərdə tutulub. Bu çərçivədə AzAK-ın
fəaliyyəti ISO/IEC 17011:2017 standartının, o cümlədən
akkreditasiya üzrə beynəlxalq və regional təşkilatların tələblərinə
uyğunlaşdırılıb.

Spread the love