Yaşıl Kart Sistemi üzrə fəaliyyət göstərən sığorta şirkətlərinin adı açıqlandı

İqtisadiyyat

Bakı. Trend:

Yaşıl Kart Sisteminə üzv ölkələrə avtomobillə səfər etməyi
planlaşdıran vətəndaşları üçün bu növ üzrə “İcbari Sığorta Bürosu”
Hüquqi Şəxslərin İttifaqının (İSB) iştirakçısı olan sığorta
şirkətlərinin adları açıqlanıb.

Bu barədə Trend İSB-yə istinadən xəbər verir.




Məlumata görə, Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət
göstərən və İSB-nin iştirakçısı olan sığorta şirkətləri
aşağıdakılardır:

  • “AtaSığorta” ASC
  • “Atəşgah” Sığorta Şirkəti ASC
  • “Azərbaycan Sənaye Sığorta” ASC
  • “Meqa Sığorta” ASC
  • “Paşa Sığorta” ASC
  • “Qala Sığorta” ASC
  • “Xalq Sığorta” ASC

Qeyd edək ki, İSB Yaşıl Kart sistemi üzrə əlaqələndirici,
ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə Beynəlxalq Yaşıl
Kart Sistemində Azərbaycanı təmsil edir.