Azərbaycanda vergi ödəyicilərinin sayı 5%-ə yaxın artıb

İqtisadiyyat

Bakı. Trend:

Bu ilin avqust ayının 1-nə respublika üzrə uçotda olan 1.637.784
vergi ödəyicisinin 86,9 faizi fiziki şəxslər, 13,1 faizi hüquqi
şəxslər və digər təşkilatlar olub.

Bu barədə Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi
Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi
ödəyicilərinin ümumi sayı 4,8 faiz, o cümlədən, fiziki şəxslərin
sayı 4,4 faiz, hüquqi şəxslərin sayı isə 7,4 faiz artıb.




Avqust ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı
ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz artaraq, 198.371
vahid təşkil edib. 2025-ci ilin yanvar – iyul aylarında 8.196
kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bunun da 88,5
faizi yerli investisiyalı, 11,5 faizi isə xarici
investisiyalıdır.

Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,8 faizi
məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi
kooperativ və s. formalarda yaradılıb.

Kommersiya qurumlarının 84,6 faizi elektron qaydada qeydiyyata
alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin
e-qeydiyyatının xüsusi çəkisi 96,1 faiz təşkil edib.