bp AÇG-də əməliyyat xərclərini artırıb

İqtisadiyyat

Bakı. Trend:

Bu ilin birinci yarısında bp və onun tərəfdaşları
Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar bloku üzrə fəaliyyətlərə
təxminən 259 milyon ABŞ dolları əməliyyat xərcləri və 558 milyon
ABŞ dolları əsas kapital xərcləri sərf ediblər.

Bu barədə Trend bp-yə istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ilin eyni dövründə bu göstəricilər
müvafiq olaraq 243 milyon və 698 milyon dollardan çox təşkil
etmişdi.

Beləliklə, illik müqayisədə əməliyyat xərcləri 6.6 faiz artıb,
əsas kapital xərcləri isə 20 faizdən çox azalıb.

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı
tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti
operatordur.

AÇG-də iştirak payları aşağıdakı kimidir:

bp – 30.37%




SOCAR – 31.65%

MOL – 9.57%

İNPEKS – 9.31%

EksonMobil – 6.79%

TPAO – 5.73%

İTOÇU – 3.65%

ONGC Videş – 2.92%

Spread the love