Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inkişafı üzrə əməkdaşlıq müzakirə edilib (FOTO)

İqtisadiyyat

Bakı. Trend:

Bakıda “AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir
Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov “Gürcüstan Dəmir
Yolları” SC-nin baş direktoru Laşa Abaşidze ilə görüşüb.

ADY-dən Trend-ə verilən məlumata görə, görüşdə
Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin inkişafı üzrə
əməkdaşlıq, bu dəmir yolunun Gürcüstan hissəsinin
modernləşdirilməsinin əhəmiyyəti və Orta Dəhlizin əsas
seqmentlərindən biri kimi yükdaşımalardakı rolu müzakirə
edilib.

Bildirilib ki, illik gücü 5 milyon tona çatdırılmış BTQ ilə
yükdaşımaların daha səmərəli təşkili və yeni yüklərin cəlbi
məqsədilə “BTKI Railways” MMC birgə müəssisəsinin fəaliyyətinin
gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb.




Tərəflər həmçinin əməkdaşlığın yeni səviyyəyə qaldırılması
məqsədilə bu ilin iyununda imzalanmış yol xəritəsinin icrasının
mövcud mərhələsini müzakirə ediblər. Qeyd olunub ki, hazırda
Azərbaycan və Gürcüstanın dəmiryol mütəxəssisləri arasında birgə
fəaliyyətin uzlaşdırılması və optimallaşdırılması məqsədilə zəruri
məlumatların aktiv və konstruktiv mübadiləsi aparılır.

Həm işçi qrupları, həm də müntəzəm birbaşa görüşlərlə daha
effektiv və operativ əməkdaşlıq nəticəsində Şərq-Qərb-Şərq marşrutu
üzrə hər iki ölkədən keçməklə yükdaşımaların daha səmərəli təşkili
üçün fəaliyyətin gücləndiriləcəyi bildirilib.

Bundan başqa, bu ilin sonunadək Orta Dəhlizlə yükdaşımlarda
kağızsız sənəd dövriyyəsinin tətbiqi, “Track and Trace” yük
izlənməsi sisteminin işə salınması üçün görüləcək işlər nəzərdən
keçirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir