Azərbaycanda 1 müəssisə və 12 nəqliyyat vasitəsi özəlləşdirilib

İqtisadiyyat

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti
tərəfindən keçirilən hərracda 1 müəssisə və 12 nəqliyyat vasitəsi
özəlləşdirilib.

Trend dövlət
xidmətinə istinadən xəbər verir ki, hərraca çıxarılan nəqliyyat
vasitələrinə ümumilikdə 35 sifariş qəbul edilib. Bunlardan 12-si
onlayn qaydada həyata keçirilib.

Məlumata görə, hərracda özəlləşdirilən müəssisə – əvvəllər kərpic
zavodu kimi fəaliyyət göstərmiş obyekt Şəki rayonunun Daşüz
kəndində yerləşir. Sahəsi 14.900 kvadratmetr, torpaq sahəsi 85.368
kvadratmetr olan əmlak 1 mln. manata satılıb.




Hərracda satılan dövlət əmlakının siyahısı ilə https://shorturl.at/NyeTm linki
vasitəsilə tanış olmaq mümkündür.

Bu ay ərzində növbəti hərraclar 12 və 19 avqust tarixlərində
keçiriləcək.

Hərraca çıxarılan əmlak siyahısı ilə https://shorturl.at/coCpP linki
vasitəsilə tanış olmaq mümkündür.

Hərraclarda iştirak etmək istəyən şəxslər “www.emlak.gov.az” və
“www.auksion.gov.az” internet səhifələri vasitəsilə hərraca
çıxarılan əmlak üzrə seçim edə bilərlər.