
Bakı. Trend:
Astara şəhərinin su təchizatının yaxşılaşdırılması ilə bağlı bir
müddət başladılan işlər artıq icraat mərhələsindədir.
Trend-in
məlumatına görə, “Astara şəhərinin su təchizatı və kanalizasiya
sisteminin yaradılması” layihəsi çərçivəsində kanalizasiya sistemi
tikiləcək.
Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin
tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla
bağlı müvafiq işləri yekunlaşdırıb.
Qurum sözügedən işlərin icrasını “T.T.Ş.-İnşaat” Məhdud
Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə
bağlayıb.
Müqaviləyə əsasən, MMC-yə 41,5 milyon manat ödənilib.
İşlərin həvalə olunduğu “T.T.Ş.-İnşaat” MMC 2008-ci ildə dövlət
qeydiyyatına alınıb. Nizamnamə kapitalı 27 411 149 manat olan
MMC-nin qanuni təmsilçisi Məmmədov Xalıqverdi Malça oğludur.