“Azərişıq”dan Ələt Azad İqtisadi Zonası üzrə elektrik veriliş xətləri ilə bağlı 11,1 milyon manatlıq LAYİHƏ

İqtisadiyyat

Bakı. Trend:

Hacıqabul və Salyan rayonları ərazisində Ələt Azad İqtisadi
Zonası üçün ayrılmış ərazilərə düşən elektrik verilişi xətləri və
qurğuları köçürüləcək.

Trend-in
məlumatına görə, bu işlər çərçivəsində, həmçinin, perspektiv kabel
kanallarının quraşdırılması işləri də aparılacaq.

Belə ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) bununla bağlı
müvafiq işlərə start verib.




ASC hazırda sözügedən işləri icra edəcək şirkət
axtarışındadır.

Eyni zamanda, ASC qeyd olunan işlərin 11,1 milyon manata başa
gələcəyini proqnozlaşdırıb.