Azərbaycanla “SpaceX” şirkəti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

İqtisadiyyat

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti
Rövşən Nəcəfin ABŞ-də “SpaceX” şirkətinin vitse-prezidenti Stefani
Bednareklə görüşü baş tutub.

Trend xəbər
verir ki, bu barədə M.Cabbarov sosial şəbəkə hesabında paylaşım
edib.

O bildirib ki, görüş Prezident İlham Əliyevin ABŞ-yə işgüzar
səfəri çərçivəsində baş tutub.




“Görüşdə Azərbaycanın iqtisadi potensialı, strateji inkişaf
istiqamətləri və əlverişli investisiya mühitini qeyd etdik.

“SpaceX” şirkəti ilə əməkdaşlıq perspektivləri, o cümlədən
innovativ və kosmik texnologiyaların, süni intellekt həllərinin
tətbiqi, bilik və təcrübə transferi sahəsində tərəfdaşlıq
imkanlarını müzakirə etdik”, – deyə paylaşımda qeyd edilib.