Azərbaycan-ABŞ ticarət əlaqələrinin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb (FOTO)

İqtisadiyyat

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti
Rövşən Nəcəfin ABŞ-nin İxrac-İdxal Bankının prezidenti və sədrinin
baş müşaviri Dan Neqreanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə
görüşü baş tutub.

Trend xəbər
verir ki, bu barədə M.Cabbarov sosial şəbəkə hesabında paylaşım
edib.

O bildirib ki, görüş Prezident İlham Əliyevin ABŞ-yə işgüzar
səfəri çərçivəsində baş tutub.




“Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı və
şaxələndirilməsi sahəsində əldə olunan nailiyyətləri
vurğuladıq.

Ölkə iqtisadiyyatında yüksək əlavə dəyər yaradan sahələrin
inkişafı və xarici tərəfdaşlarla əlaqələrin möhkəmləndirilməsi üçün
açılan yeni perspektivləri qeyd etdik.

Azərbaycan və ABŞ arasında ticarət əlaqələrinin
genişləndirilməsini dəstəkləyən alətlərin tətbiqi imkanları və
əməkdaşlığın dərinləşdirilməsi istiqamətində gələcək addımlar
barədə fikir mübadiləsi apardıq”, – deyə paylaşımda qeyd
edilib.