Azərbaycanla “SpaceX” şirkəti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib – FOTO

İqtisadiyyat

İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəfin ABŞ-də “SpaceX” şirkətinin vitse-prezidenti Stefani Bednareklə görüşü baş tutub.

Milli.Az xəbər verir ki, bu barədə M.Cabbarov sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, görüş Prezident İlham Əliyevin ABŞ-yə işgüzar səfəri çərçivəsində baş tutub.

“Görüşdə Azərbaycanın iqtisadi potensialı, strateji inkişaf istiqamətləri və əlverişli investisiya mühitini qeyd etdik.

“SpaceX” şirkəti ilə əməkdaşlıq perspektivləri, o cümlədən innovativ və kosmik texnologiyaların, süni intellekt həllərinin tətbiqi, bilik və təcrübə transferi sahəsində tərəfdaşlıq imkanlarını müzakirə etdik”, – deyə paylaşımda qeyd edilib.

Milli.Az

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir