Bakı Limanında konteyner dövriyyəsi rekord səviyyəyə çatdı (FOTO)

İqtisadiyyat

Bakı.Trend:

2025-ci ilin yanvar-iyul ayları ərzində “Azərbaycan Dəmir
Yolları” QSC-nin Bakı Beynəlxalq Dəniz Limanı vasitəsilə konteyner
dövriyyəsinin həcmi rekord səviyyəyə çatıb.

Trend xəbər
verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat
yayıb.




Bildirilir ki, bu dövrdə Bakı Limanı vasitəsilə aşırılan
konteyner həcmi 60 429 TEU təşkil edib. Bu göstərici ötən ilin eyni
dövrü ilə müqayisədə 54,2% artım deməkdir. 2024-cü ilin yanvar-iyul
aylarında bu göstərici 39 184 TEU ekvivalentinə bərabər
olmuşdu.

Regionun ən müasir logistika mərkəzi olan Bakı Limanında
müşahidə olunan bu pozitiv dinamikanın ilin sonuna qədər davam
edəcəyi və göstəricilərin daha da artaraq 100 min TEU təşkil
edəcəyi proqnozlaşdırılır. Qeyd edək ki, ölkəmizin tranzit gücünün
artırılması məqsədilə Bakı Limanının ADY ilə inteqrasiyasından
sonra Limanın illik gücü hər hansı investisiya yatırılmadan qısa
müddətdə 100 min TEU-dan 150 min TEU-ya yüksəldilib.