AMB 3 kredit ittifaqına icrası məcburi göstəriş verdi

İqtisadiyyat

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı( AMB) “Hacıoğlu Kredit İttifaqı”,
“Stimul” Kredit İttifaqı və “İnci Kredo” Kredit İttifaqı MMC-lərə
icrası məcburi göstəriş verib.

Bu barədə Trend AMB-yə
istinadən xəbər verir.




Bildirilir ki, “Stimul” Kredit İttifaqı, “Hacıoğlu Kredit
İttifaqı” və “İnci Kredo” Kredit İttifaqı tərəfindən 2025-ci ilin
II rübünə hesabatlar təqdim olunmadığından “Kredit ittifaqlarının
prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələbi
təmin edilməmiş, bu səbəblə “Kredit ittifaqına bank əməliyyatının
həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü
yarımbəndinin tələblərini rəhbər tutaraq, Azərbaycan
Respublikasının Mərkəzi Bankı tərəfindən kredit ittifaqlarına bu
hesabatların təxirəsalınmadan və növbəti dövrlərdə vaxtında təqdim
edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir