Bakı.Trend:
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM)
“İxrac icmalı”nın avqust sayını təqdim edib.
Trend xəbər
verir ki, bu barədə qurum məlumat yayıb.
İcmala əsasən, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın
qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə
müqayisədə 11.4% artaraq 2.09 milyard ABŞ dolları təşkil edib.
2025-ci ilin yanvar-iyul aylarında yeyinti məhsulları 23,9% artaraq
689 milyon ABŞ dollarına bərabər olub.
2025-ci ilin yanvar-iyul aylarında ixrac olunan şəkər ötən ilin
müvafiq dövrünə nəzərən 10,9 milyon ABŞ dolları və ya 55,1%,
meyvə-tərəvəz 122,6 milyon ABŞ dolları və ya 31,9%, kimya sənayesi
məhsulları 45,2 milyon ABŞ dolları və ya 30,4%, qara metallar və
onlardan hazırlanan məmulatlar 8,6 milyon ABŞ dolları və ya 19,1%,
pambıq iplik 2,6 milyon ABŞ dolları və ya 18,2%, çay 317 min ABŞ
dolları və ya 8,8% artıb.
2025-ci ilin yanvar-iyul aylarında aqrar məhsullar 27.9% artaraq
551,4 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları 7,3% artaraq
178.8 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və
aqrar-sənaye məhsullarının birgə ixracı 22.1% artaraq 730,2 milyon
ABŞ dolları təşkil edib.