
Bakı. Trend:
Türkiyə-Suriya qaz kəməri ilə nəql edilən təbii qaz Suriyanın
mərkəzində yerləşən Homs əyalətindəki Cender qaz elektrik
stansiyasına çatıb.
Trend xəbər verir ki, növbəti
mərhələdə qaz Cender elektrik stansiyasından Dəməşq yaxınlığında
yerləşən Nəsiriyyə və Təşrin istilik elektrik stansiyalarına
göndəriləcək.
Qaz elektrik stansiyalarının klapanları Suriyanın energetika
nazirinin müavini Qayas Diyab və Homs valisi Əbdürrəhman əl-Amın
iştirakı ilə açılıb.
Diyab qeyd edib ki, Azərbaycandan təbii qaz artıq Türkiyə
üzərindən Cender stansiyasına verilir.
Gündə 3,4 milyon kubmetr ötürmə qabiliyyətinə malik boru kəməri
ilə hazırda sutkada 1,4 milyon kubmetrə yaxın qaz nəql edilir ki,
bu da 250 meqavat elektrik enerjisi istehsal etməyə imkan
verir.