“PAŞA Bank”ın istiqraz emissiyasına abunə yazılışına son 2 gün

İqtisadiyyat

Bakı. Trend:

Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”ın
30 iyulda elan etdiyi yeni istiqraz emissiyasına abunə yazılışı 2
gün sonra başa çatır. Bank, Azərbaycan vətəndaşlarını yerli bazarda
təqdim edilən bu sərfəli alətdən faydalanmağa dəvət edir.

Bu təşəbbüs alternativ maliyyələşmə alətlərinin
genişləndirilməsi və yerli kapital bazarının inkişafına töhfə
verməyi hədəfləyir. İstiqraz buraxılışı çərçivəsində 40.000 ədəd
təminatsız, sənədsiz və adlı istiqraz tədavülə buraxılır. Hər bir
istiqrazın nominal dəyəri 1.000 AZN, minimal 10.000 AZN investisiya
tələbi olmaqla illik gəlirliliyi 10.5%-ə qədər, tədavül müddəti isə
12 ay təşkil edir. Yeni buraxılış etibarlı hüquqi çərçivə, risk və
gəlir profili baxımından balanslaşdırılmış investisiya fürsəti
təqdim edir. PAŞA Bankın istiqrazlarına investisiya, fiziki
şəxslərə vergidən azad gəlir əldə etmək imkanı yaradaraq, klassik
depozit alətləri ilə müqayisədə daha səmərəli maliyyə seçimi kimi
qiymətləndirilə bilər.




Abunə yazılışı 12 avqust 2025-ci il tarixində başa çatır.
İstiqrazlara abunə yazılışı emissiyanın əsas anderrayteri “PAŞA
Kapital”, digər anderrayterləri isə “Unicapital” və “CPM Investment
Company” investisiya şirkətlərdir.

Ətraflı məlumat və istiqrazların baza emissiya prospektinin
yekun şərtləri ilə tanış olmaq üçün Bankın rəsmi veb-səhifəsinə
keçid edin: https://www.pashabank.az/securities/lang,az/