Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 27 mindən çox şəxs qəbul edilib

İqtisadiyyat

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi
ödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 27.552 şəxs
qəbul edilib.

Bu barədə Trend Dövlət Vergi Xidmətinə istinadən xəbər
verir.

Məlumata görə, mərkəzlərdə vergi qanunvericiliyi və
inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi
uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s.
məsələlərlə bağlı 37.784 xidmət göstərilib ki, bu da ötən ilin eyni
dövrü ilə müqayisədə 13,1 faiz çoxdur.

Qeyd eidlib ki, ümumi xidmətlərin 86 faizini 9 xidmət növü
(şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna
olmaqla) təşkil edib:




Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin
hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial
sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin
verilməsi;

Asanİmza sertifikatının verilməsi;
Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
Vergi ödəyicisinə arayışların verilməsi;
Vergi ödəyicisinin fəaliyyətinin bərpası;
Fiziki şəxsin uçotdan çıxarılması;
Əmək müqaviləsi üzrə elektron informasiya sistemində aparılan
əməliyyatlar.

“Yanvar-iyul aylarında vergi ödəyicilərinə 662.075
məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub)
göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 69 görüş keçirilib,
277 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 2.082 müraciət
üzrə 3.700 Asan İmza sertifikatı verilib”, – məlumatda
bildirilib.