Azərbaycanda inflyasiya göstəriciləri açıqlanıb

İqtisadiyyat

Bakı. Trend:

Bu ilin iyul ayında istehlak qiymətləri indeksi 2024-cü ilin
iyul ayına nisbətən 105,0 faiz, o cümlədən qida məhsulları,
alkoqollu içkilər və tütün məmulatları üzrə 106,2 faiz, qeyri-qida
məhsulları üzrə 102,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər
üzrə 105,6 faiz təşkil edib.

Bu barədsə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər
verir.




Məlumata görə, 2025-ci ilin iyul ayında istehlak qiymətləri
indeksi əvvəlki aya nisbətən 99,9 faiz, yanvar-iyul aylarında isə
əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,8 faiz təşkil edib.

2025-ci ilin iyul ayında qida məhsulları, alkoqollu içkilər və
tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya
nisbətən 99,5 faiz, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq
dövrünə nisbətən 106,6 faiz təşkil edib.