Yeni Cənubi Muğan suvarma sistemi yenidən qurulacaq – 95,6 milyon manat sərf ediləcək

İqtisadiyyat

Bakı. Trend:

Yeni Cənubi Muğan suvarma sistemi yenidən qurulacaq.

Trend-in
məlumatlna görə, bu çərçivədə I mərhələ üzrə – Yeni Cənubi Muğan
kanalının Maşın qolunun nasos stansiyası ilə birlikdə yenidən
qurulması işləri aparılacaq.

Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin
tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla
bağlı müvafiq işlərə başlayıb.




Qurum hazırda sözügedən işləri icra edəcək şirkəti
müəyyənləşdirməkdədir.

Eyni zamanda, görüləcək işlərin 95 595 782 manata başa gələcəyi
proqnozlaşdırılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir