Naxçıvanda istehlakçılara geri qaytarılan ƏDV məbləği məlum olub

İqtisadiyyat

Bakı. Trend:

Pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən
alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu
içkilər və tütün məmulatları istisna olmaqla), tibb müəssisələri və
özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən
göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin bir hissəsinin
geri qaytarılması ilə bağlı innovativ layihə olan “ƏDV geri al”
mexanizminin tətbiqi Naxçıvan Muxtar Respublikasında da uğurla
davam etdirilir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Trend-ə verilən məlumata
görə, indiyədək MR-də layihə çərçivəsində istehlakçılara 3,3 milyon
manata yaxın ƏDV məbləği geri qaytarılıb.

Məlunata əsasən, bu ilin yanvar – iyul aylarında istehlakçılara
qaytarılan məbləğ ötən ilin eyni dövrünə nisbətən 23 faiz artaraq
984,8 min manat olub.




Bildirilib ki, yeni nəsil NKA-lardan istifadə hesablaşmaların
daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin
qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə
imkan yaradıb.

“2025-ci ilin yanvar – iyul aylarında Naxçıvanda yeni nəsil
nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 274
milyon manatdan artıq olub ki, bu da ötən ilin eyni dövrü ilə
müqayisədə 21,1 faiz çoxdur”, – deyə məlumatda qeyd edilib.