Bu ilin yanvar-iyul aylarında pensiya ödənişlərinə 4 milyard manatdan çox vəsait yönəldilib

İqtisadiyyat

Bakı.Trend:

Bu ilin 7 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə
nisbətən 10 faiz (367 milyon manat) çox olmaqla 4 milyard 142
milyon manat vəsait yönəldilib.

Bu barədə Trend Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə
istinadən xəbər verir.




2025-ci ilin əvvəlindən bütün növ pensiyalar 8,1 faiz
indeksləşdirilərək artırılıb, həmçinin fevralın 1-dən minimum
pensiya 14,3 faiz artımla 280 manatdan 320 manata çatdırılıb.

Qeyd olunub ki, cari ilin yanvar-iyul aylarında 27 min, elektron
pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 165 min
pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata
keçirilib.