İKZF-nin istiqrazlarının 100 milyon manatlıq emissiyasının növbəti tranşı yerləşdiriləcək

İqtisadiyyat

Bakı.Trend:

18 avqust 2025-ci il tarixində BFB-də Azərbaycan Respublikası
İpoteka və Kredit Zəmanət Fondunun 30 milyon manat həcmində
sənədsiz adlı, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə
hərrac keçiriləcək. İstiqrazlar 1 007.9167 manat qiyməti ilə satışa
çıxarılacaq.

Bu barədə Trend Azərbaycan Respublikası İpoteka və Kredit
Zəmanət Fonduna istinadən xəbər verir.




Qeyd olunub ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun sənədsiz
adlı, faizli ipoteka istiqrazlarının Baza emissiya prospekti 28
aprel 2025-ci il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi
100 000 000 manat, bir istiqrazın nominal dəyəri 1 000 manat,
istiqraz üzrə illik faiz dərəcəsi 3% təşkil edir.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif
üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək.
Depozitar və Reyestrsaxlayıcı xidmətlər Milli Depozit Mərkəzi
tərəfindən göstəriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir