
Bakı. Trend:
Bu ilin yanvar-iyun ayları ərzində Prezident yanında Antiinhisar
və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qanunsuz reklamların
yayımı ilə əlaqədar 80 müraciətə baxıb.
Trend bu
barədə Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövründə 64-ə bərabər
olub. Beləliklə, illik müqayisədə ölkədə qanunsuz reklamların
yayımı ilə əlaqədar agentlik tərəfindən baxılan müraciətlərin sayı
25% artıb.
Hesabat dövründə baxılıan müraciətlərin 37-si xidmət, 15-i
ticarət, 8-i qeyri-qida, 4-ü ictimai iaşə, 2-si dərman vasitələri
və tibbi avadanlıqlar, 1-i qida, 1-i tütün məmulatları, 12-si isə
digər sahələrə aid olub.
“Reklam qanunvericiliyinə nəzarət bazar iştirakçıları üçün
bərabər şərtlərin yaradılması və haqsız rəqabətə yol verilməsinin
qarşısının alınmasına xidmət edir. Bu, həmçinin, istehlakçıların
məhsul və xidmətlər barədə düzgün və dolğun məlumat almasına imkan
yaratmaqla onların sərbəst seçim hüquqlarının təmin edilməsinə
töhfə verir”, – deyə məlumatda qeyd edilib.