Bu ilin yeddi ayında qeydiyyata alınan mülkiyyətin sayı məlum olub

İqtisadiyyat

Bakı.Trend:

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti
tərəfindən 2025-ci ilin yanvar-iyul ayları ərzində daşınmaz əmlak
üzərində 204.494 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla
təmin edilib.

Trend xəbər
verir ki,bu barədə qurum tərəfindən məlumat yayılıb.

Bildirilib ki, qeydiyyata alınan mülkiyyət hüququnun 37.588-i
(18,4 %) ilkin, 166.906-si (81,6 %) isə təkrar qeydiyyatın payına
düşür.




“Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində – 37.904,
mənzil – 52.196, torpaq sahəsi – 106.814, qeyri-yaşayış binası –
1.736, qeyri-yaşayış sahəsi – 5.340, əmlak kompleksi – 417,
çoxmərtəbəli yaşayış binası – 84 və çoxillik əkmələr üzərində – 3
mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə
qeydiyyata alınan mülkiyyət hüquqlarının 56.114-ü Bakı şəhərinin,
qalan hissəsi isə bölgələrin payına düşüb”, – məlumatda
vurğulanıb.

Həmçinin qeyd edilib ki, Bu ilin yanvar-iyul ayları ərzində
145.642 texniki pasport tərtib edilib, 34.196 ipoteka müqaviləsi
qeydiyyata alınıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir