
Bakı. Trend:
Bu ilin birinci yarısında banklararası bazarın təminatsız
sektorunda aktivlik davam edib.
Trend Mərkəzi
Banka istinadən xəbər verir ki, 2025-ci ilin 6 ayında Blumberq
ticarət sistemində banklar arasında 41.4 milyard manat məbləğində
2148 ədəd əqd bağlanıb.
Məlumata görə, bu əməliyyatların həcm olaraq 95%-i 1-3 günlük
olub. Ötən ilin müvafiq dövrünə nisbətən təminatsız bazarda
əqdlərin həcmi 26%, sayı isə 55% artıb.
“Pul bazarında qısamüddətli faizlər hesabat dövrü ərzində faiz
dəhlizinin daxilində hərəkət edib. 2025-ci ilin I yarısında 1
günlük banklararası təminatsız pul bazarında istinad faiz dərəcəsi
– AZIR indeksi aylar üzrə dəyişkən olsa da, faiz dəhlizi daxilində
– uçot dərəcəsinə yaxın trayektoriyada hərəkət edib. Belə ki, AZIR
indeksi ilə uçot faiz dərəcəsi arasındakı spred I rübdə -0.4%, II
rübdə isə -0.22% olub. Ümumilikdə, 2025- ci ilin 6 ayında AZIR
indeksinin uçot dərəcəsindən standart kənarlaşması 0.29 faiz bəndi
olub”, – deyə məlumatda qeyd edilib.