Milli Depzoit Mərkəzi ödənişlərin dinamikasını açıqlayıb

İqtisadiyyat

Bakı. Trend:

Azərbaycan Respublikası Milli Depozit Mərkəzi tərəfindən 2025-ci
ilin yanvar-iyun aylarında qiymətli kağızlar üzrə investorlara
edilmiş ödənişlərin statistikası açıqlanıb.

Trend Milli
Depzoit Mərkəzinə istinadən xəbər verir ki, hesabat dövründə MDM
manatla buraxılmış qiymətli kağızlar üzrə 2,2 milyard manat ödəniş
edib.

Məlumata görə, yarım illik ödənişin 73,3%-i və yaxud 1,6 milyard
manatı dövlət istiqrazları üzrə (261,41 milyon manatı kupon
ödənişləri), 12,1%-i və ya 270,2 milyon manatı Azərbaycan Mərkəzi
Bankının notları üzrə, 5,6%-i və ya 124,42 milyon manatı korporativ
istiqrazlar üzrə (14,42 milyon manatı kupon ödənişləri), 9%-i və ya
200 milyon manatı isə səhmlər üzrə (dividend formasında) icra
edilib.




Eyni zamanda, hesabat dövründə xarici valyuta ilə buraxılmış
qiymətli kağızlar üzrə 49,34 milyon ABŞ dolları ödəniş edilib.

Bunun da 41,1%-i və yaxud 20,3 milyon ABŞ dolları dövlət
istiqrazları üzrə (0,3 milyon ABŞ dolları kupon ödənişləri),
58,9%-i və yaxud 29,04 milyon ABŞ dolları isə korporativ
istiqrazlar üzrə (19,04 milyon ABŞ dolları kupon ödənişləri) baş
tutub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir