Neftçala Sənaye Məhəlləsində məhsul istehsalı 4 dəfədən çox artıb (FOTO)

İqtisadiyyat

Bakı. Trend:

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan
Neftçala Sənaye Məhəlləsində hazırda investisiya portfeli 63 milyon
manatdan çox olan 6 sahibkarlıq subyektinə rezidentlik statusu
verilib, bunlardan 5-i fəaliyyət göstərir. Sahibkarlar tərəfindən
bugünədək görülən işlərə 50 milyon manata yaxın investisiya
yatırılıb, 300 nəfərdən çox daimi iş yeri yaradılıb.

İZİA-dan Trend-ə bildirilib ki, Neftçala Sənaye Məhəlləsi
ölkəmizdə investisiya mühitinin yaxşılaşdırılması, yeni iş
yerlərinin yaradılması ilə yanaşı, həmçinin qeyri-neft sənayesi
məhsullarının istehsalının artırılmasında və ixracının
genişləndirilməsində mühüm rol oynayır.

Qeyd edilib ki, indiyədək Neftaçala Sənaye Məhəlləsininin
rezidentləri tərəfindən 230 milyon manatlıq məhsul satışı həyata
keçirilib, bunun da 1,8 milyon manatlıq hissəsi ixracın payına
düşür.




“2025-ci ilin I yarısında Sənaye Məhəlləsində 19 milyon manatlıq
məhsul istehsal edilib ki, bu da ötən ilin analoji dövrü ilə
müqayisədə 4 dəfədən çoxdur.

Qeyd edək ki, Neftçala Sənaye Məhəlləsi dövlət başçısının 2
fevral 2015-ci il tarixli Sərəncamı ilə yaradılıb və 2017-ci ilin
24 sentyabrında fəaliyyətə başlayıb. Sənaye Məhəlləsinin əsas
fəaliyyət istiqamətləri balıqçılıq, qida sənayesi, avtomobil, yem
istehsalı və s. sahələr üzrə müəyyənləşdirilib.

Neftçala Sənaye Məhəlləsində sahibkarlıq fəaliyyətinin inkişaf
etdirilməsi üçün əlverişli investisiya mühiti yaradılıb. Belə ki,
rezidentlər dövlət vəsaiti hesabına təchiz edilmiş hazır
infrastrukturla, həmçinin mövcud tikinti sahələri ilə təmin
edilirlər. Bundan başqa sənaye məhəllələrinin rezidentləri
İqtisadiyyat Nazirliyindən təşviq sənədi əldə etməklə 7 il
müddətinə bir çox vergi və gömrük güzəştlərindən faydalana
bilərlər”, – məlumatda deyilir.

Spread the love