“PAŞA Bank” istiqraz buraxılışının yerləşdirilməsinə başlayır

İqtisadiyyat

Bakı. Trend:

Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”
ASC-nin emitenti olduğu, illik gəlirliliyi 10,5%-ə qədər, tədavül
müddəti 12 ay olan istiqrazların yerləşdirilməsinə 14 avqust
2025-ci il tarixində başlanılacaq.

Yerləşdirmə müddəti başlama tarixindən etibarən 7 (yeddi) iş
günündən çox olmamaq şərti ilə tamamlanacaqdır. Buraxılış
çərçivəsində 40 000 ədəd təminatsız, sənədsiz və adlı istiqraz
tədavülə buraxılır. Hər bir istiqrazın nominal dəyəri 1 000 AZN,
minimal investisiya məbləği isə 10 000 AZN təşkil edir.




Emissiyanın əsas anderrayteri “PAŞA Kapital”, digər
anderrayterləri isə “Unicapital” və “CPM Investment Company”
investisiya şirkətləridir.

Ətraflı məlumat və istiqrazların baza emissiya prospektinin
yekun şərtləri ilə tanış olmaq üçün: https://www.pashabank.az/securities/lang,az/