
Bakı. Trend:
Azərbaycanın azad edilmiş ərazilərində bərpa-quruculuq, abadlıq
işləri mərhələli şəkildə icra etdirilməkdədir.
Trend-in
məlumatına görə, bu işlərin davamı kimi Zəngilan rayonunun Ağalı
kəndində pilot layihə çərçivəsində 110 ha ərazidə daxili suvarma
sisteminin çəkilməsinə start verilir.
Belə ki, “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti (ASC) bununla bağlı
layihə-smeta sənədlərinin hazırlanmasına başlayıb.
Sözügedən sənədlərin hazırlanması “Everest Tikinti Layihə”
Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edilib və müqavilə
bağlanıb.
Müqaviləyə əsasən, şirkətə 22 066 manat ödənilib.
İşlərin həvalə olunduğu “Everest Tikinti Layihə” MMC 2019-cu
ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan
MMC-nin qanuni təmsilçisi Qədirov Qəzənfər Rauf oğludur.