
Bakı.Trend:
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və
İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan
Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən əmək
sahəsində 17 yeni dövlət standartı qəbul edilib.
Trend xəbər verir ki, bu
barədə qurum məlumat yayıb.
“AZS ISO 374-4:2025 “Təhlükəli kimyəvi maddələrə və
mikroorqanizmlərə qarşı qoruyucu əlcəklər – 4-cü hissə: Kimyəvi
maddələrin deqradasiyasına qarşı müqavimətin təyini”;
AZS ISO 20320:2025 “Snoubordinq üçün qoruyucu geyim – Bilək
qoruyucuları – Tələblər və sınaq üsulları”;
AZS ISO 20346:2025 “Fərdi mühafizə vasitələri – Qoruyucu
ayaqqabılar”;
AZS ISO 20347:2025 Fərdi mühafizə vasitələri – İşçi ayaqqabıları
(ISO 20347:2021 Personal protective equipment – Occupational
footwear)
AZS ISO 20349-2:2025 “Fərdi mühafizə vasitələri — Metaltökmə
zavodlarında və qaynaq işlərində ortaya çıxan risklərdən qoruyan
ayaqqabılar – Hissə 2: Qaynaq və əlaqəli proseslərdə risklərdən
qorunma üzrə tələblər və sınaq üsulları”;
AZS ISO 6530:2025 “Qoruyucu geyim – Maye kimyəvi maddələrə qarşı
mühafizə – Mayelərin nüfuz etməsinə qarşı materialların davamlılığı
üzrə sınaq üsulu”;
AZS ISO 6942:2025 “Qoruyucu geyimlər – İstilik və alovdan
qorunma – Sınaq üsulu: Materialların və material birləşmələrinin
istilik radiasiyası mənbəyinə məruz qaldıqda
qiymətləndirilməsi”;
AZS ISO 9151:2025 “İstiliyin və alovun təsirinə qarşı qoruyucu
geyim – Alova məruz qalma zamanı istilikötürmənin təyini”;
AZS ISO 12312-1:2025 “Gözlərin və üzün mühafizəsi – Gün
eynəkləri və gözlə əlaqəli mühafizə vasitələri – 1-ci hissə:Ümumi
istifadə üçün gün eynəkləri”;
AZS ISO 12312-2:2025 “Gözlərin və üzün mühafizəsi – Gün
eynəkləri və gözlə əlaqəli mühafizə vasitələri – 2-ci hissə:Günəşin
birbaşa müşahidəsi üçün filtrlər”;
AZS ISO 13998:2025 “Qoruyucu geyimlər – Əl bıçaqlarından
istifadə nəticəsində yaranan kəsiklərdən və bıçaq zərbələrindən
qoruyan önlüklər, şalvarlar və jiletlər”;
AZS ISO 14877: 2025 “Dənəvər abraziv maddələrin təzyiqlə
vurulması vasitəsilə səthlərin təmizlənməsi zamanı istifadə olunan
qoruyucu geyim”;
AZS ISO 15025:2025 “Qoruyucu geyim – Alovdan mühafizə – Alovun
məhdud yayılması üzrə sınaq üsulu”;
AZS ISO 20344:2025 “Fərdi mühafizə vasitələri – Ayaqqabıların sınaq
üsulları”;
AZS ISO 4869-1:2025 “Akustika – Eşitmə qoruyucuları – 1-ci
hissə:Səs zəifləməsinin ölçülməsi üçün subyektiv metod”;
AZS ISO 4869-2:2025 “Akustika – Eşitmə qoruyucuları – 2-ci
hissə:Eşitmə qoruyucuları taxıldıqda effektiv A-çəkili səs təzyiqi
səviyyələrinin təxmini hesablanması”;
AZS ISO 4869-3:2025 “Akustika – Eşitmə qoruyucuları – 3-cü
hissə: Akustik sınaq qurğusundan istifadə edərək səs əleyhinə
qulaqlıq tipli eşitmə qoruyucularının daxilolma itkisinin
ölçülməsi””, – sənəddə vurğulanıb.
Sözügedən dövlət standartları qoruyucu geyimlərin kimyəvi
maddələrdən, istilik və alovdan mühafizəsinə dair sınaq üsularını,
əl bıçaqlarından istifadə zamanı zədələrin qarşısının alınması üçün
qoruyucu önlüklərə olan tələbləri, eləcə də eşitmə qoruyucularına
olan tələbləri, gün eynəkləri və gözlə əlaqəli mühafizə
vasitələrinin xüsusiyyətlərini müəyyən edir.
Yeni dövlət standartlarının tətbiqində məqsəd iş mühitində
yarana biləcək təhlükələr barədə işçi heyətin məlumatlılığının
artırılması, insan həyatına və sağlamlığına mənfi təsir göstərən
risklərin azaldılmasıdır.
Qeyd edilib ki, yeni dövlət standartları “Əmək sahəsində”
standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 21) konsensus
əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin
Dövlət Fonduna daxil edilib.