Qarabağ və Şərqi Zəngəzurda iaşə fəaliyyəti göstərən sahibkarlıq subyektlərinin sayı 17%-dən çox artıb

İqtisadiyyat

Bakı. Trend:

Ötən il Qarabağ və Şərqi Zəngəzurda 888 sahibkarlıq subyekti
iaşə fəaliyyəti göstərib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər
verir.

Məlumata əsasən, bu, 2023-cü ildəki göstəriciyə nisbətən 133
vahid və ya 17,6% çoxdur.




Hesbaat dövründə iaşə fəaliyyəti göstərən sahibkarlıq
subyektlərinin 886-sı Qarabağ, 2-si isə Şərqi Zəngəzur iqtisadi
rayonlarında qeydə alınıb.

Ümumilikdə isə ötən il Azərbaycanda 25 850 sahibkarlıq subyekti
iaşə fəaliyyəti göstərib. Bu isə 2023-cü ildəki göstəriciyə
nisbətən 994 vahid və ya 4% artım deməkdir.