
Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) “Guavapay”, “CİBPay”və “Baku Pay”
MMC-lərə icrası məcburi göstəriş verib.
Trend bu
barədə AMB-yə istinadən xəbər verir.
“Azərbaycan Respublikası Mərkəzi Bankının “Ödəniş təşkilatları
və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və
həyata keçirilməsi Qaydası”nın 4.3-cü bəndi ilə əlaqəli məcmu
kapitalın minimum miqdarına olan tələbin pozuntusu halının aradan
qaldırılması, habelə daxili nəzarət sistemlərinin
təkmilləşdirilməsi ilə bağlı Mərkəzi Bank tərəfindən “Ödəniş
xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası
Qanununun 63.1-ci maddəsinin tələbləri rəhbər tutularaq yuxarıda
adı çəkilən MMC-lərə icrası məcburi olan göstəriş verilib”, –
məlumatda qeyd edilib.